03 Mart 2026, 13:43
FUTBOL
"Vest Hem"in sabiq hücumçusu Maykl Antonionun yeni klubu məlum olub.
Matc.az xəbər verir ki, yamaykalı futbolçu karyerasını Qətərdə davam etdirəcək.
Antonio "Əs-Sayliya" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı forvardla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Maykl Antonio 2015-2025-ci illərdə "Vest Hem"in formasını geyinib.





_1772542655.jpg)






