"Spartak"ın yarımmüdafiəçisi Jedson Fernandeş "Beşiktaş"a qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Portuqaliyalı futbolçu Rusiyaya adaptasiya olmaqda problem yaşayır. Fernandeş İstanbul nəhənginin rəhbərliyinə illik 3 milyon maaş veriləcəyi təqdirdə qayıtmaq istədiyini bildirib. "Qara qartallar"ın prezidenti Serdal Adalı 27 yaşlı oyunçu üçün onun klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Spartak" Jedson Fernandeşi mövsümün əvvəlində "Beşiktaş"dan 20,7 milyon avroya transfer edib. Təcrübəli futbolçu Moskva təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest