II Liqada XVI turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.

"Qaradağ Lökbatan" Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda "Şəmkir"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 42-yə yüksəldən "Qaradağ Lökbatan" çempionatın lideridir. 26 xalı olan "Şəmkir" isə 5-ci yerdədir.

"Qaradağ Lökbatan" - "Şəmkir" 4:0
Qollar:
R.Quliyev, 30, H.Həsənov, 44, T.Axverdiyev, 45, İ.Hüseynov, 87

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest