03 Mart 2026, 10:47
FUTBOL
"Flamenqo" baş məşqçi Filipe Luislə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə "TNT Sports" məlumat yayıb.
Braziliyalı mütəxəssis "Madureyra"ya 0:8 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
Qeyd edək ki, Filipe Luis 2024-cü ilin sentyabrından "Flamenqo"nu çalışdırırdı. Komanda onun rəhbərliyi altında ötən mövsüm Braziliya çempionu olub, Libertadores Kubokunu qazanıb.





_1772534311.jpg)






