PSJ-nin futbolçusu Senni Mayulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

"Arsenal" və "Çelsi" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Paris klubu yeni müqavilə təklifini qəbul etməyən Mayulunu 60-70 milyon avroya satmağa hazırdır.

19 yaşlı oyunçunun durumunu "Mançester Siti" də yaxından izləyir.

Qeyd edək ki, Senni Mayulu bu mövsüm PSJ-nin heyətində keçirdiyi 28 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest