27 Fevral 2026, 11:33
AVROPA LİQASI
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
1/8 final mərhələsinin oyunları martın 12-si və 19-da keçiriləcək.
Liqa mərhələsinin ilk "8-liy"i: "Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Frayburq" (Almaniya), "Roma" (İtaliya).
Pley-off mərhələsinin qalibləri: "Genk" (Belçika), "Bolonya" (İtaliya), "Ştutqart" (Almaniya), "Ferentsvaroş" (Macarıstan), "Nottinqem Forest" (Almaniya), "Selta" (İspaniya), "Lill" (Fransa), "Panatinaikos" (Yunanıstan).












