"Fənərbaxça" UEFA Avropa Liqası pely-off mərhələsinin "Nottingem Forest"lə cavab oyununa ciddi itkilərlə çıxacaq.

Matc.az xəbər verir ki, 7 futbolçu İngiltərə səfərində komandaya kömək edə bilməyəcək.

Qapıçı Ederson, müdafiəçilər Milan Şkrinyar, Cayden Oostervolde, Çağlar Söyüncü, yarımmüdafiəçilər Edson Alvares və Anderson Talişka zədəlidir. Digər yarımmüdafiəçi Fred isə cəzalı durumdadır.

Qeyd edək ki, "Nottingem Forest" - "Fənərbaxça" qarşılaşması fevralın 26-dan 27-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında Türkiyədə keçirilən ilk matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest