Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu yaxınlarda ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh şurasının iclasında iştirak edən FIFA prezidenti və BOK üzvü Canni İnfantino ilə bağlı araşdırma aparacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Bildirilir ki, fevralın 19-da keçirilən iclasda FIFA prezidenti Trampın prezidentlik müddətinə istinad edən "ABŞ" sözləri və "45-47" rəqəmləri yazılmış qırmızı papaqla siyasətçilər arasında yer alıb.
BOK prezidenti Kirsti Koventrinə görə, İnfantino təşkilatın nizamnaməsində təsbit olunmuş siyasi neytrallıq prinsiplərini pozmuş ola bilər.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının püşkatması zamanı Canni İnfantino ilk FIFA Sülh mükafatını ABŞ prezidenti Donald Trampa təqdim edib.












