20 Fevral 2026, 22:33
FUTBOL
"Kristal Pelas" rəhbərliyi cari mövsümün sonuna qədər baş məşqçi Oliver Qlasnerin müqaviləsinə xitam verə bilər.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, Qlasner komandanın son zamanlar göstərdiyi zəif nəticələrə görə işdən çıxarıla bilər. London klubu son 15 oyunda yalnız bir qələbə qazanıb.
Qeyd edək ki, Oliver Qlasner 2024-cü ildən "qartallar"a rəhbərlik edir. Onun rəhbərliyi altında klub 120 illik tarixində ilk dəfə İngiltərə Kubokunu qazanıb.












_1771606218.jpg)