20 Fevral 2026, 19:45
FUTBOL
"Turan Tovuz" Misli Premyer Liqasının 21-ci turunda "Azersun Arena"da "Zirə"ni 2:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq.
- Avrokuboklar mübarizəsində əsas rəqiblərinizdən birini məğlub etdiniz. Mövsümün qalan hissəsində şanslarınızı necə dəyərləndirirsiz?
- Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik.







_1771606218.jpg)




