Николя Изима-Мирен

Fransalı futbolçu Nikolya İzima-Miren peşəkar karyerasını başa vurub.

Matc.az xəbər verir ki, mərkəz müdafiəçisi 34 yaşında vida qərarı verib.

İzima-Miren fəaliyyətini məşqçi kimi davam etdirəcək. Fransa U-21 millisinin sabiq üzvü PSV-nin U-16 komandasında köməkçi məşqçi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Nikolya İzima-Miren karyerası ərzində "Monako", PSV, "Beşiktaş", "Tuluza", "Kanzas Siti", "Vitess" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest