"Bir sıra səhvlərə yol verdik. Epizodlarımız olsa da, yararlana bilmədik".

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının XXI turunda "Qəbələ" ilə oyunda qazandıqları 1 xalı qənaətbəxş saymır.

Matc.az xəbər verir ki, bunu mütəxəssis özü sözügedən qarşılaşmadan sonra mətbuat konfransında bildirib.

O, qolsuz başa çatan qarşılaşmanı şərh edib:

"Qarşılaşmanın ilk 20 dəqiqəsini yaxşı oynadıq. İkinci hissədə də oyunumuzu düzəltməyə çalışdıq. Lakin bir sıra səhvlərə yol verdik. Epizodlarımız olsa da, yararlana bilmədik. 1 xal qazansaq da, bunu qənaətbəxş saymıram".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest