21 Fevral 2026, 15:08
FUTBOL
"Tezliklə əşyalarını yığ, sənə ən qısa zamanda ehtiyacımız var".
ABŞ prezidenti Donald Tramp "Əl-Nəsr" və Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldoya müraciət edib.
Matc.az xəbər verir, bu barədə Tramp sosial media hesabında paylaşdığı videomüraciətdə bildirib.
"Kriştiano Ronaldo, sən möhtəşəmsən. Amerikada sənə ehtiyacımız var. Tezliklə əşyalarını yığ, sənə ən qısa zamanda ehtiyacımız var", - deyə Tramp paylaşım edib.
Xatırladaq ki, Kriştiano Ronaldo klub rəhbərliyindən narazılığına görə "Əl-Nəsr" oyunlarını boykot etmişdi.












