20 Fevral 2026, 16:25
FUTBOL
"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatan Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Barselona" və "Atletiko" yayda azad agent statusunda olacaq portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. "Monako" ilə "Yuventus"da Silva ilə maraqlanır.
31 yaşlı futbolçu özü La Liqada oynamağa isti yanaşır.
Qeyd edək ki, Bernardo Silva bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 35 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib.





_1771606218.jpg)






