"Bavariya" "Çelsi"dən icarəyə götürülmüş hücumçu Nikolas Cekson üçün transfer təklifi etməyəcək. Seneqallı hücumçu bu yay Londona qayıdacaq və "mavilər"dən ayrılmaq ehtimalı yüksəkdir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı futbolçu ilə "Mançester Yunayted", "Nyukasl", "Tottenhem" və "Aston Villa" maraqlanır. "Çelsi" Ceksonun "Bavariya"da olduğu müddətdə transfer dəyərinin azaldığını başa düşür, lakin London klubunun onu hansı məbləğə satmağa hazır olduğunu açıqlamayıb.
Cekson bu mövsüm bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun London klubu ilə hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.












