Fransız mütəxəssisin artıq növbəti işi ilə bağlı şifahi razılığı var.

Tanınmış insayder Fabrisio Romano son zamanlar "Real"a keçəcəyi ciddi şəkildə müzakirə olunan Zinəddin Zidanın məşqçilik karyerası ilə bağlı şayiələrə aydınlıq gətirib.

Matc.az xəbər verir ki, o, bu barədə "YouTube" kanalında paylaşım edib.

İtalyan jurnalist iddia etdi ki, fransız mütəxəssisin artıq növbəti işi ilə bağlı şifahi razılığı var. Bu, İspaniya nəhəngi ilə deyil, milli komandası ilə olacaq.

"Həm "Real", həm də digər yerlərdə Zinəddin Zidanla bağlı həmişə çoxlu şayiələr gəzir. Lakin mənə deyilir ki, hər şey aydındır. Belə başa düşürəm ki, onunla Fransa Futbol Federasiyası arasında artıq dünya çempionatından sonra Fransa millisinin növbəti məşqçisi olacağı barədə şifahi razılaşma var. Hazırda biz Deşamla birlikdə federasiyaya, fransız oyunçularına və Deşamın özünə böyük hörmətlə yanaşırıq. Turnir hələ də davam edir, amma Zinəddinin işə qayıdıb milli komandaya rəhbərlik edəcəyi gözlənilir.

Lakin, yenə də, bunlar sadəcə sözlərdir. Futbolda hər şey ola bilər, nəyisə imzalayana qədər - xüsusən də məşqçilərlə, klublar arasında danışıqlar olmadığı, yalnız məşqçi ilə təşkilat arasında olduğu yerdə. Buna görə də Zidanla bağlı vəziyyət dünya çempionatının bitməsini gözləyən Fransa Futbol Federasiyası ilə şifahi razılaşma səviyyəsində qalır", - deyə Romano paylaşım edib.

Qeyd etmək lazımdır ki, Zinəddin Zidan 2021-ci ilin iyun ayında "Real" baş məşqçisi vəzifəsindən ayrılıb və o vaxtdan bəri işsizdir. O, karyerası ərzində yalnız Madrid klubunu çalışdırıb və onlarla birlikdə 11 kubok qazanıb.

Didye Deşam 2012-ci ilin iyul ayından Fransa milli komandasını çalışdırır. Onun rəhbərliyi altında komanda 175 oyun keçirib, bir dünya çempionluğu və bir Millətlər Liqasının qalibi adını qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest