"Santos"un hücumçusu Neymar dekabr ayında peşəkar futboldan ayrılacağını istisna etməyib.

Matc.az xəbər verir ki, o, bu barədə "Caze TV"yə verdiyi müsahibədə deyib.

"Bundan sonra nə olacağını bilmirəm. Bəlkə dekabrda karyeramı sonlandıracam. Görək ürəyim nə deyəcək", - deyə Neymar açıqlama verib.

34 yaşlı hücumçu 2025-ci ilin yanvar ayından "Santos"da oynayır. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədərdir.

Qeyd edək ki, Neymar "Santos"un gənclik sisteminin yetirməsidir. San-Paulo klubunda olduğu müddətdə Neymar bütün yarışlarda 254 oyun keçirib, 147 qol vurub və 71 məhsuldar ötürmə edib. "Transfermarkt"da futbolçunun dəyəri 10 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest