"Beşiktaş"ın hücumçusu El Bilal Ture sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Malili forvard Super Liqanın 22-ci turunun "Başakşehir"lə matçında (3:2) zədələnib. 24 yaşlı futbolçunun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, El Bilal Ture bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 18 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest