"Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi".

"Şamaxı" Misli Premyer Liqasının 20-ci turunda doğma meydanda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

- Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi. Ötən tur acı məğlubiyyət yaşadıq. 17-ci turda "Qəbələ"yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. Ard-arda "Qarabağ"la iki dəfə oynadıq. Heyətdə çox da dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi. Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik. Komandam rəqibin standart vəziyyətlərində yaxşı oynadı. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Bu gün cəmi bir dəyişiklik etdiz. Bunun səbəbi nədir?

- Oyuna görə belə etdik. Rəqib standart vəziyyətlərdə çox yaxşıdır. Ehtiyatda olan futbolçularımız hamısı bəstəboydur. Rossi nə qədər yorulsa da, onun mövqeyində başqa oyunçu yoxdur. Ehtiyatda olan futbolçuların bu tempdə və rəqibin standart vəziyyətlərində çətinlik çəkəcəyini düşündük. Gələn oyunlarda dəyişikliklər olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest