16 Fevral 2026, 16:28
FUTBOL
"Milan"ın futbolçusu Kristian Pulişiç İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, "CaughtOffside" məlumat yayıb.
"Tottenhem", "Arsenal" və "Mançester Yunayted" ABŞ millisinin üzvünü transfer etmək istəyir.
"Milan" oyunçusunu satmağın əleyhinə deyil. A Seriyası nəhəngi 27 yaşlı vinger üçün 80 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Milan" Kristian Pulişiçi 2023-cü ilin yayında "Çelsi"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm "rossonerilər"in heyətində keçirdiyi 21 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.



_1771262469.jpg)

_1771261071.jpg)

_1771255698.jpg)




