16 Fevral 2026, 10:00
FUTBOL
"Şaxtyor" "Santos"un cinah oyunçusu Mateus Xavyeri heyətinə qata bilər.
Matc.az xəbər verir ki, bu barədə "Diário do Peixe" məlumat yayıb.
Bildirilir ki, Ukrayna klubunun nümayəndələri artıq 18 yaşlı futbolçunun nümayəndələri ilə görüşüblər.
Digər Avropa klubları da Xavyerlə maraqlanır, lakin Ukraynadan fərqli olaraq, orada "transfer pəncərəsi" artıq bağlanıb.
Qeyd edək ki, Mateus bu il San Paulo Gənclər Kubokuda 5 oyunda 5 qol vuraraq fərqlənə bilib.

_1771241741.jpg)










