"Nyukasl"ın kapitanı Bruno Gimaraynş UEFA Çempionlar Liqasının pley-off qarşılaşmasında "Qarabağ"a qarşı oynaya bilməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi Hou deyib.
 
Bildirilir ki, braziliyalı yarımmüdafiəçi bud əzələsindən ciddi zədə alıb. 28 yaşlı futbolçunu təxminən 2 ay yaşıl meydanlardan kənar qalacaq.
 
Xatırladaq ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest