16 Fevral 2026, 13:44
FUTBOL
"Yuventus"un müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calciomeercato" nəşri məlumat yayıb.
"Liverpul" Braziliya millisinin üzvünü transfer etmək istəyir. Mersisayd təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna 60 milyon funt-sterlinq ödəməyə hazırdı.
Qeyd edək ki, Qleyson Bremer bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 19 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.








_1771246127.jpg)


_1771241741.jpg)
