UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq.
Matc.az xəbər verir ki, püşkatma mərasimi bu gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Tədbirdə Azərbaycan milli komandasının da rəqiblərinin adına aydınlıq gələcək.
Yığmamız D Liqasının 1-ci səbətində yer alacaq. Yığmamızın olduğu Liqada hər birində 3 komanda olmaqla 2 qrup formalaşacaq.
Turnirdə yeni mövsümə 24 sentyabr tarixində start veriləcək.
UEFA Millətlər Liqasının 2026/2027 mövsümü
A Liqası
1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə
B Liqası
1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo
C Liqası
1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino
D Liqası
1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra
D Liqasında püşkatma 4 topdan ibarət olan 1-ci səbətlə başlayır.
Birinci top çıxarılır və komanda D1 qrupuna yerləşdirilir.
İkinci top çıxarılır və komanda D2 qrupuna yerləşdirilir.
Üçüncü top çıxarılır və komanda D1 qrupuna yerləşdirilir.
Dördüncü və son top çıxarılır və komanda D2 qrupuna yerləşdirilir.
Daha sonra püşkatma Səbət 2 ilə davam edir.
Birinci top çıxarılır və komanda D1 qrupuna yerləşdirilir.
İkinci və son top çıxarılır və komanda D2 qrupuna yerləşdirilir.
Hər iki səbət boşaldıqdan sonra D1 və D2 qruplarının hər birində üç komanda olur.












