"Çelsi" və "Liverpul" "Nottinqem Forest"in müdafiəçisi Murillo ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.
Bildirilir ki, braziliyalı oyunçunun ətrafı potensial transfer variantlarını fəal şəkildə araşdırır. "Liverpul" və "Çelsi" isə Murillonun cəlb edilməsi üçün ciddi səyləri göstəriblər.
"Çelsi"nin oyunçuya olan marağı yay "transfer pəncərəsi"ndə üç müdafiəçinin potensial satışı ilə daha da artıb. "Liverpul"da isə İbrahima Konate və Cozef Qomezin gələcəyi ilə bağlı qeyri-müəyyənlik var.
Qeyd edək ki, Murillo bu mövsüm bütün turnirlərdə 25 oyunda meydana çıxıb və bir qol vurub. 23 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 55 milyon avrodur.











_1771169275.jpg)
