"Kəpəz"in sabiq müdafiəçisi və kapitanı Yeqor Xvalkonun yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, "Tobol"dan ayrılan belaruslu futbolçu Qazaxıstanın digər təmsilçisinə keçib.

Xvalko "Atırau" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Yeqor Xvalko 2022-2025-ci illərdə "Kəpəz"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest