16 Fevral 2026, 09:38
FUTBOL
"Liverpul"un sabiq cinah oyunçusu Jordon Aybe xəsarət yetirmək ittihamları ilə Luton hava limanına çatdıqdan dərhal sonra həbs edilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri paylaşıb.
Bildirilir ki, 30 yaşlı futbolçu hazırda "Lokomotiv" Sofiya klubunda oynadığı Bolqarıstandan İngiltərəyə qayıdırdı.
Dindirildikdən sonra Aybe girov müqabilində sərbəst buraxılıb. O, martın 6-da məhkəmə qarşısına çıxacaq.
Abyenin ayrı bir məsələ ilə bağlı məhkəməyə getmək üçün Böyük Britaniyaya qayıtdığı bildirilir. O, yuxusuzluq dərmanı almaq üçün saxta reseptlərdən istifadə etdiyini etiraf edib və bunun üçün 230 funt-sterlinq cərimə olunub.












