"Zirə" Rəşad Sadıqovun baş məşqçi olduğu dövrdə 100-cü qələbəsini qazanıb.
Misli Premyer Liqasının XX turunda "Karvan-Yevlax"ı qəbul edən "Zirə" 1:0 hesabı ilə qalib gəlib.
Matc.az xəbər verir ki, bu qələbə ikiqat yubileylə əlamətdar olub.
Bakı klubu tarixində 100-cü ev qələbəsini qazanıb. 2014-cü ildə yaradılan paytaxt təmsilçisi öz meydanındakı 205-ci görüşdə "100"ə çatıb. "Zirə" Premyer Liqada 76, ölkə kubokunda 12, birinci divizionda 9, avrokuboklarda 3 ev matçını qalib kimi başa vurub. İlk belə oyun isə 2014-cü il sentyabrın 9-da MOİK-lə birinci divizionun startına təsadüf edib – 1:0.
"Zirə" Rəşad Sadıqovun baş məşqçi olduğu dövrdə 100-cü qələbəsini qazanıb. Bu müddətdə ümumilikdə 220-ci sınağa çıxan komanda Premyer Liqada 82, ölkə kubokunda 14, avrokuboklarda 4 dəfə sevinib. Sadıqovun "Zirə" ilə ilk qələbəsi 2020-ci il sentyabrın 12-də Premyer Liqanın "Səbail"lə səfər qarşılaşmasına təsadüf edib – 2:1.


_1771241741.jpg)









