"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 22-ci turunda "Verder"ə qarşı dubla imza vuraraq karyerasında 500-cü qoluna çatıb.

Matc.az xəbər verir ki, qarşılaşma Münhen komandasının 3:0 hesabı ilə xeyrinə başa çatıb.

32 yaşlı hücumçu klub səviyyəsi və İngiltərə milli komandasında 743 oyunda bu mərhələyə çatıb. Qeydə alınan 500 qoldan tam 100-ü penaltilərdən vurulub.

Keynin "Tottenhem"də 280 qol, "Bavariya"da 126 qol, İngiltərə millisində 78 qol, "Milluoll"da 9 qol, "Leyton Orient"də 5 qol və "Lester Siti"də 2 qol vurub.

Qeyd edək ki, Keyn futbol tarixində 500 rəsmi qola çatan 27-ci oyunçu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest