11 Fevral 2026, 12:26
FUTBOL
Bakıda AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Kurslar martın 9-dan 10-dək (birinci mərhələ), mayın 18-dən 20-dək (ikinci mərhələ), avqustun 10-dan 12-dək (üçüncü mərhələ) və sentyabrın 12-dən 14-dək (dördüncü mərhələ) baş tutacaq.
Qeyd edək ki, kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.












_1770808047.jpg)