"Mançester Yunayted" və İngiltərə millisinin mərkəz müdafiəçisi Harri Maquayr klubla müqaviləsini uzatmağı düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Həftədə 180.000 funt-sterlinq maaş alan müdafiəçinin hazırkı müqaviləsi iyunun sonunda başa çatır və o, ilin əvvəlindən digər klublarla danışıqlara açıqdır.

Mançester klubunun kapitanına fərqli şərtlərlə yeni müqavilə təklif etməsi gözlənilir.

Qeyd edək ki, bu mövsüm Harri Maquayr "Mançester Yunayted"də 14 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest