Ademola Lukmanın nümayəndələri nigeriyalı oyunçunun transferi üçün iki dəfə "Barselona" ilə əlaqə saxlasalar da, Kataloniya klubu təklifi rədd edib. Hücumçu sonda qış "transfer pəncərəsi"ndə "Atletiko"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilir ki, "Barselona" rəsmiləri oyunçunu yaxından izləyiblər və onun 2023/2024 Avropa Liqasındakı oyunundan, finalda "Bayer"ə qarşı het-trikdən məmnun qalıblar. Lakin Kataloniya klubundakı maliyyə çətinlikləri səbəbindən keçid baş tutmayıb və Markus Reşford onun yerinə komandaya qoşulub.
Qeyd edək ki, nigeriyalı futbolçu "Atletiko"dakı debüt oyununda qol vurub və məhsuldar ötürmə edib. Madrid klubu Kral Kubokunun 1/4 finalında "Betis"i 5:0 hesabı ilə məğlub edib.







_1770399814.jpg)




