"Mingəçevir" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, I Liqa təmsilçisi Nurlan Novruzovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı vingerlə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Azərbaycan Premyer Liqasının bombardiri olmuş Novruzov son olaraq II Liqada mübarizə aparan "Şəki Siti"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest