Avropa Liqasında Liqa mərhələsinin oyunları başa çatdı.

Matc.az xəbər verir ki, "Ludoqorets"in serbiyalı yarımmüdafiəçisi Petar Staniç Liqa mərhələsində ən çox qol vuran oyunçu olub.

O, 8 oyunda 7 qol (3-ü penalti) vuraraq qol yarışında birinci yeri tutub. Portuqaliya klubu "Braqa"nın uruqvaylı hücumçusu Rodriqo Salazar və "Nottinqem Forest"in hücumçusu İqor Jesus isə hər biri 6 qol vurublar.

Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatması bu gün Nyondakı Avropa Futbol Evində keçiriləcək. Mövsümün final qarşılaşması mayın 20-də İstanbulda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest