30 Yanvar 2026, 02:15
FUTBOL
"Trabzonspor" Moskvanın "Spartak" klubunun argentinalı yarımmüdafiəçisi Ezekiel Barko ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Trabzon Kulis" portalı paylaşıb.
Bildirilir ki, 26 yaşlı oyunçunun mümkün transferi ilə bağlı klublar arasında danışıqlar davam edir.
Barko "Spartak"a 2024-cü ilin iyul ayında qoşulub və onun klubla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Cari 2025/26 mövsümündə argentinalı futbolçu Rusiya Premyer Liqasında 18 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Rusiya Kubokunda 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalında 26 yaşlı yarımmüdafiəçinin dəyəri 14 milyon avro olaraq qiymətləndirilir.












