29 Yanvar 2026, 16:40
FUTBOL
"Fənərbaxça" "Əl-İttihad"da çıxış edən Nqolo Kantenin transferini yekunlaşdırmaq istəyir.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi fransalı dayaq yarımmüdafiəçisi üçün Səudiyyə Ərəbistanı klubuna 4 milyon avroluq təklif göndərib. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Kante özü "Fənərbaxça"ya keçməyə isti yanaşır. 34 yaşlı futbolçu klub rəhbərliyindən təklifin qəbul olunmasını istəyib.
Qeyd edək ki, Nqolo Kante bu mövsüm "Əl-İttihad"ın heyətində keçirdiyi 25 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












