“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam təmsilçisi 2500 manat ziyana düşüb.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XVII turunun oyunlarındakı qayda pozuntularına hüquqi qiymət verilib:
“Araz-Naxçıvan”la oyunda 6 nəfər sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimə edilib. Həmin matçda 4 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” da 700 manat cərimələnib.
“Neftçi” – “Zirə” görüşündə oyun günü planı pozulduğuna görə ev sahibi 2000 manat cərimə ödəməli olacaq.
“Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam təmsilçisi 2500 manat ziyana düşüb.
“Karvan-Yevlax”la qarşılaşmada 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilib.












