29 Yanvar 2026, 22:31
FUTBOL
"Leypsiq"in alman hücumçusu Timo Verner MLS-in "San-Xose Erksveyks" komandasına keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Maliyyə detalları açıqlanmayıb. Futbolçu azad agent kimi transfer olunub, çünki alman klubu onun müqaviləsini bir gün əvvəl ləğv edib.
29 yaşlı hücumçu klubda 11 nömrəli formanı geyinəcək.












