"Beşiktaş" "Aston Villa"nın müdafiəçisi Yasin Özcanı icarəyə götürüb.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Türkiyə U-21 millisinin üzvü mövsümün sonuna qədər "qara qartallar"ın formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.

Qeyd edək ki, Yasin Özcan mövsümün ilk yarısında icarə əsasında "Anderlext"də çıxış edib. 19 yaşlı mərkəz müdafiəçisi Belçika təmsilçisinin heyətində keçirdiyi 11 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest