"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luis sabiq klubuna qayıdıb.

Matc.az xəbər verir ki, "Aston Villa" braziliyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliya millisinin üzvü 30 iyun tarixinə kimi Birmingem klubuna məxsus olacaq.

Qeyd edək ki, "Yuventus" Duqlas Luisi 2024-cü ilin yayında "Aston Villa"dan transfer edib. 27 yaşlı oyunçu mövsümün ilk yarısında icarə əsasında "Nottingem Forest"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest