"Vest Hem"in yarımmüdafiəçisi Ceyms Uord-Prouz Premyer Liqada klubunu dəyişib.

Matc.az xəbər verir ki, "Börnli" ingiltərəli futbolçunu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı oyunçu 31 may tarixinə kimi "Börnli"nin formasını geyinəcək.

Qeyd edək ki, Ceyms Uord-Prouz mövsümün ilk yarısında "Vest Hem"in heyətində 6 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest