UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 8-ci turunun ən yaxşı oyunçusu "Benfika"nın vingeri Andreas Şelderup seçilib.

Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Norveçli sol cinah hücumçusu azarkeşlər arasında keçirilən sorğuda "Liverpul"dan Aleksis Makallister, "Bayer"dən Malik Tillman və "Çelsi"dən Joao Pedronu qabaqlayıb.

Qeyd edək ki, Andreas Şelderup "Benfika"nın "Real"ı 4:2 hesabı ilə məğlub etdiyi oyunda 2 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest