29 Yanvar 2026, 18:18
FUTBOL
"Konyaspor"un hücumçusu Umut Nayir Super Liqada klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb.
Türkiyəli futbolçu "Trabzonspor"a keçəcək. Qara Dəniz təmsilçisi 32 yaşlı forvard üçün qarşı tərəfə Rayyan Baniya ve Kazim Olaiqbeni verəcək.
Qeyd edək ki, Umut Nayir bu mövsüm "Konyaspor"un heyətində keçirdiyi 21 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib.












