29 Yanvar 2026, 12:16
ÇEMPİONLAR LİQASI
"Real" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 8-ci turunda səfərdə "Benfika"ya 2:4 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kilian Mbappe oyundan sonra açıqlama verib. Fransalı forvard komandanın qeyri-sabit performans sərgilədiyini deyib:
“Məğlubiyyətə layiq idik. Bu, yaxşı oyun deyildi. Biz çox qeyri-sabit oynayırıq. Bu cür qeyri-sabitliyi davam etdirə bilmərik. Bir gün yaxşı, bir gün pis oynamaq çempionlara xas deyil.”
Qeyd edək ki, "Real" Liqa mərhələsini 15 xalla 9-cu pillədə başa vurub.












