"Qırmızı-qaralar" Cənubi Afrika Respublikasının (CAR) "Stellenboş" klubunda çıxış edən cinah müdafiəçisi Turan Manafovu transfer edib.

"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı-qaralar" Cənubi Afrika Respublikasının (CAR) "Stellenboş" klubunda çıxış edən cinah müdafiəçisi Turan Manafovu transfer edib.

27 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında "Qəbələ"nin uğurları üçün çalışacaq.

Sol cinah müdafiəçisi buna qədər "Olimpiakos Volos" (Yunanıstan), "Araz-Naxçıvan", "Kəpəz", "Qarabağ" kimi klublarda çıxış edib.

Qeyd edək ki, "Qəbələ" qış fasiləsində İsmaeel Akinade, Seydina Keyta və Rza Cəfərovla da müqavilə bağlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest