29 Yanvar 2026, 20:29
FUTBOL
"Kayrat"ın rusiyalı müdafiəçisi Yeqor Sorokin klubu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, 30 yaşlı futbolçunun müqaviləsinin müddəti bitdiyinə komandadan ayrılıb.
Qeyd edək ki, o, "Kayrat"a 2024-cü ilin yayında qoşulub. Bir il yarım ərzində Sorokin 54 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. O, "Kayrat"la iki dəfə Qazaxıstan çempionluğunu və Qazaxıstan Superkubokunu qazanıb.












