Azərbaycanlı hakim UEFA Avropa Liqası Liqa mərhələsinin VIII turunun "Midyullann" (Danimarka) - "Dinamo" (Xorvatiya) matçını idarə edəcək.

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, azərbaycanlı hakim UEFA Avropa Liqası Liqa mərhələsinin VIII turunun "Midyullann" (Danimarka) - "Dinamo" (Xorvatiya) matçını idarə edəcək.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək. 

Görüşün VAR hakimi Şotlandiyadan olan Endryu Dallas olacaq. AVAR-da isə ingiltərəli Maykl Salisböri əyləşəcək.

Qeyd edək ki, "Midyullann" - "Dinamo"qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest