"Qalatasaray" "Napoli"nin sol cinah yarımmüdafiəçisi Neo Lanqı heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 26 yaşlı niderlandlı futbolçu mövsümün sonuna kimi İstanbul klubunda icarə əsasında oynayacaq. Müqavilədə məcburi satınalma maddəsi yer almayıb.

İstanbul klubu "Napoli"yə 2 milyon avro ödəyəcək. Futbolçuya isə 1,75 milyon avro maaş veriləcək.

Qeyd edək ki, Lanq mövsümün ilk yarısı A Seriyasında 18 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest