"Fənərbaxça" Sebastian Şimanskini Fransanın "Renn" klubuna satıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İstanbul nəhəngi polşalı hücumameyilli yarımmüdafiəçinin satışından 10,5 milyon avro gəlir əldə edib. 26 yaşlı futbolçu Fransa klubu ilə 3,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva "Dinamo"sundan transfer etmişdi. Polşa millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest