İngiltərənin "Nottinqem Forest" klubu hücumçu Lorenzo Lukkanın transferi ilə bağlı İtaliyanın "Napoli" klubu ilə danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, tərəflər hazırda icarə müqaviləsinin formatını müzakirə edirlər. İngilis klubu oyunçunun icarəsi üçün birbaşa 1 milyon avro ödəməyi, eləcə də 35 milyon avroluq satın alma bəndini də daxil etməyi təklif ediblər.

Qeyd etmək lazımdır ki, Lukka bu ilin iyul ayında "Udineze"dən "Napoli"yə icarəyə verilib.

Lorenzo ötən mövsüm A Seriyasının ən yaddaqalan oyunçularından biri olub, "Udineze"də 35 matçda 14 qol vurub və 2 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçu İtaliya millisində ötən ilin oktyabr ayında debüt edib.

Bu mövsüm italyan hücumçu "Napol"i klubunda 22 oyun keçirib və 2 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest